"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola gələcək karyerası haqda danışıb.
Sportal.az xəbər verir ki, “Sky Sports”a açıqlama verən ispaniyalı mütəxəssis İtaliyaya yollanmaq variantı haqda danışarkən, bu ölkəni çox sevdiyini bildirib:
"Mən İtaliyanı sevirəm, amma İngiltərəni daha çox bəyənirəm. İngilis futbolunu çox sevirəm. O sadəcə fantastikdir. İngiltərədə sizə işinizi tək yerinə yetirmək üçün zaman tanıyırlar, şərait yaradırlar. Bu başqa yerdə baş vermir. "Mançester Siti" böyük klubdur. Burada özümü çox yaxşı hiss edirəm".
53 yaşlı mütəxəssisin "Mançester Siti" ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, 2016-cı ildən "şəhərlilər"i çalışdırır.
saytlarin hazirlanmasi