"Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Ferqyuson əvvəlki işində işləmək üçün darıxdığını etiraf edib.
Sportal.az xəbər verir ki, “The Mirror”a danışan şotlandiyalı mütəxəssis məşqçi kimi karyerasını bərpa edib-etməyəcəyi bardə də fikirlərini bildirib:
"Bəli, bəzən işləmək üçün darıxıram. Təqaüdə çıxdıqdan sonra birinci il Çempionlar Liqasının finalında iştirak etdim və Ketiyə (mərhum həyat yoldaşı) dedim: "Böyük və beynəlxalq matçlardan ötrü darıxıram". Beləliklə, mən Avropa finallarının əksəriyyətində iştirak etməyə başladım. Çünki gündəlik olaraq etmək istədiyimə yaxın işi tapmışdım. Bunlar "Mançester Yunayted"in həmişə iştirak etməli olduğu böyük hadisələrdir. Amma yəqin ki, bundan sonra baş məşqçi kimi işləməyim alınmayacaq".
82 yaşlı mütəxəssis 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb.
saytlarin hazirlanmasi