De Rossi göndərildi, "Roma"nın iki futbolçusu rəhbərliklə görüşdü

17:46 - 22 Sentyabr 2024

"Roma"nın futbolçuları Lorenzo Pelleqrini və Canluka Mançini Daniele De Rossinin komandanın baş məşqçi postundan qovulmasına qarşı çıxıblar.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, bu futbolçular baş məşqçinin istefasının səbəblərini öyrənmək üçün Roma klubunun rəhbərləri ilə görüşüblər.

Görüşün çox gec baş tutduğu qeyd edilir. Pelleqrini və Mançini rəhbərliyin komandanın liderləri qala-qala, De Rossi barədə digər futbolçuların fikirlərini öyrənməklərinin səbəbini soruşub. Tərəflərin müzakirəsi iki saata yaxın çəkib.

Qeyd edək ki, “canavarlar” De Rossini uğursuz nəticələrdən sonra De Rossini istefaya yollayıb və bu postda onu İvan Yuriç əvəzləyib.

Xəbər xətti