İngiltərənin "Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "şəhərlilər"in aparıcı oyunçularından olan Rodri sıradan çıxıb.
İspan yarımmüdafiəçi Premyer Liqanın 5-ci turunun "Arsenal"la matçında dızindən zədələnib. 28 yaşlı futbolçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Mançester Siti" Rodrini 2019-cu ilin yayında "Atletiko"dan tranfer edib. Təcrübəli dayaq yarımmüdafiəçisi bu mövsüm komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi