Türk məşqçi istefaya göndərildi

19:09 - 23 Sentyabr 2024

Uelsin "Kardiff Siti" klubu baş məşqçi Erol Bulutla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İngiltərə Çempionşip təmsilçisi türk mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Erol Bulut ötən ilin yayında "Kardiff Siti"nin baş məşqçisi təyin olunmuşdu. Komanda Çempionşipdə 6 turdan sonra 1 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti