Yığmamız "Qəbələ" ilə bərabərə qaldı

10:34 - 24 Sentyabr 2024

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, millimiz “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində qolu 10-cu dəqiqədə Ziya Səkərxanov vurub.

Qeyd edək ki, sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən U-18-in hazırlığı bu gün başa çatacaq.

Xəbər xətti