"İnter"də ciddi itki: 1 ay oynamayacaq

17:58 - 24 Sentyabr 2024

İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Milan təmsilçisinin yarımmüdafiəçisi Nikolo Barella sıradan çıxıb.

İtalyan futbolçu A Seriyasının 5-ci turunun "Milan"la matçında zədələnib. Ayaq əzələsi dartılan 27 yaşlı orta xətt oyunçusu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Nikolo Barella bu mövsüm "İnter"in heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti