"Mançester Siti" rəhbərliyi Rodri uzun müddətlik sıradan çıxdığı üçün hərəkətə keçib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ispan futbolçunun boşluğunu qış transfer pəncərəsi zamanı doldurmaği planlaşdırır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Klub rəhbərliyi baş məşqçi Pep Qvardiolaya transfer üçün 145 milyon avroluq büdcə ayırıb.
Qeyd edək ki, "Arsenal"la oyunda dizindən ağır zədə alan Rodri mövsümün sonuna kimi komandaya kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi