Fransa millisinin sabiq üzvü İtaliya klubundan ayrılacaq

16:18 - 25 Sentyabr 2024

Fransa millisinin sabiq üzvü Rafael Varan “Komo” ilə müqaviləsini pozaraq futbolçu karyerasını bitirəcək.

Sportal.az “Relevo”ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu İtaliya komandasına yalnız bu yay azad agent kimi qoşulsa da, məşq zamanı ciddi zədə alması onun “Komo”da debüt etməyinə imkan verməyib.

Nəticədə, Varan bir qədər fikirləşdikdən sonra müqaviləni ləğv etmək və karyerasını bitirmək qərarına gəlib.

O, bu qərarını İtaliya klubunun rəhbərliyinə də bildirib. Rafael Varan 2011-ci ildən 2021-ci ilə kimi “Real”da oynayıb.

Xəbər xətti