İtaliyanın "Milan" klubu qapıçı Mayk Menyanla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi fransalı qolkiperin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
"Milan" artıq 29 yaşlı qapıçı ilə razılıq əldə edib. Tərəflər arasında tezlikıə 2028-ci ilədək nəzərdə tutulan müqavilə imzalanacaq. Təcrübəli "əlcək sahibi"nin illik maaşı bonuslarla birlikdə 7 milyon avro təşkil edəcək.
Qeyd edək ki, "Milan" Mayk Menyanı 2021-ci ilin yayında "Lill"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm "qırmızı-qaralar"ın heyətində 6rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi