"Çelsi" hücum xəttini gücləndirmək üçün "Bayer"in forvardını istəyir.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "zadəganlar" Leverkuzen klubunun hücumçusu Viktor Bonifeysi tranfer etməyi planlaşdırır.
Artıq tərəflər arasında danışıqlara start verilib.
"Çelsi" qışda nigeriyalı hücumçunu heyətinə qatmaq üçün lazımı təzminatı da ödəyəcək.
Bonifeys bu mövsüm Bundesliqada 4 oyuna çıxıb və 3 qol vurub.
23 yaşlı hücumçunun "Bayer"lə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi