"Liverpul"u lider edən qələbə - VİDEO

11:33 - 29 Sentyabr 2024

İngiltərə Premyer Liqasında 6-cı turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, "Liverpul" səfərdə "Vulverhempton"un qonağı olub. Qarşılaşma Arne Slotun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 15-ə yüksəldən "Liverpul" turnir cədvəlində zirvəni ələ keçirib. 1 xalı olan "Vulverhempton" isə sonuncu yerdədir.

"Vulverhempton" - "Liverpul" 1:2
Qollar: 
Rayan Ait-Nuri, 56 - İbrahima Konate, 45+2, Məhəmməd Salah, 61 (pen)

Xəbər xətti