"Arsenal"In futbolçusu Jorjinyo gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, London klubu ilə müqaviləsi gələn ilin yayında başa çatan 32 yaşlı yarımmüdafiəçi karyerasını bitirməyi düşünür. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İtaliyalı oyunçu məqşçiliyə başlamağı planlaşdırır. Təcrübəli dayaq yarımmüdafiəçisi Mikel Artetanın məşqçilər korpusunda yer almaq istəyir.
Qeyd edək ki, "Arsenal" Jorjinyonu 2023-cü ilin yanvar ayında "Çelsi"dən transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi