İnzagi İngiltərə nəhənginin baş məşqçisi ola bilər

17:51 - 30 Sentyabr 2024

"Mançester Yunayted" rəhbərliyi baş məşqçis Erik ten Haqın işindən narazıdır.

Sportal.az xəbər verir ki, komandanın mövsümə uğursuz start verməsi niderlandlı mütəxəssisin istefası ilə nəticələnə bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Yunayted"in ten Haqdan sonrakı dönəm üçün baş məşqçi postuna əsas namizədi məlum olub. "Qırmızı şeytanlar" hazırda "İnter"i çalışdıran Simeone İnzagini komandanın "sükan"ı arxasına gətirmək istəyir.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 6 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Komanda Avropa Liqasında isə doğma meydanda "Tvente" ilə 1:1 hesablı heç-heçə edib.

Xəbər xətti