15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, U-15 Bakı vaxtı ilə saat 16:00-da ABFF Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, komandamız turnir çərçivəsində ilk oyununda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olub. Millimiz son matçını oktyabrın 4-də saat 17:00-da Qazaxıstan seçməsinə qarşı keçirəcək.
saytlarin hazirlanmasi