"Mançester Siti"nin sabiq forvardı bu ölkədə oynayacaq

18:46 - 1 Oktyabr 2024

"Mançester Siti"nin sabiq hücumçusu Stevan Yovetiç Kiprdə oynayacaq.

Sportal.az xəbər verir ki, monteneqrolu forvard "Omoniya" ilə anlaşıb.

Bu barədə Nikosiya klubunun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli hücumçu “Omoniya” ilə iki illik müqavilə imzalayıb. 34 yaşlı futbolçu “Fiorentina”, “Mançester Siti”, “İnter”, “Sevilya”, “Monako”, “Herta”, “Olimpiakos” klublarında oynayıb.
 

Xəbər xətti