İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Napoli"ni çalışdıran Antonio Konte ötən ayın ən yaxşısı adına layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İtalyan mütəxəssisə mükafat ölkə çempionatının 7-ci turunun "Komo" ilə ev oyunundan öncə təqdim olunacaq.
Qeyd edək ki, "Napoli" sentyabr ayında A Seriyasında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.
saytlarin hazirlanmasi