Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, millimiz İspaniyanın Kadiz şəhərində İngiltərə yığması ilə qarşılaşıb. Görüş komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolları Sabir Allahquliyev (2), Orxan Məmmədov və Amid Nəzərov vurublar.
Qeyd edək ki, A qrupunda yer alan komandamız oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) ilə üz-üzə gələcək
saytlarin hazirlanmasi