"Yuventus" dopinqə görə 4 illik futboldan uzaqlaşdırılan, daha sonra cəzası 18 aya endirilən Pol Poqba ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İtaliya nəhəngi 31 yaşlı yarımmüdafiəçini komandada saxlamayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Yuventus" yaxın günlərdə fransalı futbolçunun 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə xitam verəcək.
Pol Poqbanın karyerasını ABŞ-də davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvünün cəzası gələn ilin mart ayında başa çatır.
saytlarin hazirlanmasi