21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı U-21-in heyətinə cəlb olunub. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Şimali İrlandiya, oktyabrın 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.
saytlarin hazirlanmasi