"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.
Sportal.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin zədəsi səbəb olub.
Qeyd edək ki, yığma UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 11-də Tallində Estoniya, 14-də isə Bakıda Slovakiya kollektivləri ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi