Estoniya millisinin Millətlər Liqasının C1 qrupunun 3-cü turunun Azərbaycan yığması ilə keçirləcək oyununa hazırlıq davam edir.
Sportal.az xəbər verir ki, "Le Kok Arena”sında meydançanın bəzi sahələrinə günəş işığı az düşür və aşağı temperatur otların böyüməsi maneə törədir. Buna görə qazon qismən dəyişdirilib. Artıq işlər tamamlanıb.
Qeyd edək ki, Estoniya - Azərbaycan oyunu oktyabrın 11-də adıçəkilən arenada keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.