Azərbaycan milli komandasının oktyabrın 11-də Estoniya yığması ilə Tallində keçirəcəyi UEFA Milətlər Liqasının III tur oyununun hakim təyinatları açıqlanıb.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, “Lilleküla” stadionunda təşkil olunacaq görüşü İrlandiyadan olan hakimlər briqadası idarə edəcək:
11 oktyabr
Estoniya - Azərbaycan
“Lilleküla” stadionu. Saat 20:00
Baş hakim: Rob Harvey
Baş hakimin köməkçiləri: Robert Clarke, Wayne McDonnell
Dördüncü hakim: Rob Hennessy
(Hakimlər briqadası İrlandiyadandır)