"Mançester Yunayted"in müdafiəçisi zədələndi: 1 ay oynamayacaq

18:59 - 8 Oktyabr 2024

İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi harri Maquayr sıradan çıxıb. Bu barədə ingilis futbolçu öz sosial şəbəkə hesabında məlumat verib.

Maquayr Premyer Liqanın 7-ci turunun "Aston Villa" ilə matçında ayaq əzələsindən zədə alıb. 31 yaşlı mərkəz müdafiəçis təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Harri Maquayr 2019-cu ilin yayından "Mançester Yunayted"də çıxış edir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.

 

Xəbər xətti