Millimizə qol vuran: "Fantastikadı"

11:47 - 10 Oktyabr 2024

Slovakiya millisinin yarımmüdafiəçisi Ondrey Duda Millətlər Liqasının C1 qrupunun 2-ci turunda Koşitsedə Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu (2:0) xatırlayıb. 

Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına açıqlama verən təcrübəli futbolçu millimizlə görüşdə penaltidən fərqlənməsini də xatırlayıb:

“Yalan danışmayacağam, qəribə hisslər keçirirdim. Adınızı elan edilir və bu, fantastikdir. Azarkeşlərə oyun boyu bizi dəstəklədikləri üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Duda millimizlə görüşdə qol vuraraq Slovakiya millisinin bombardirləri siyahısında ilk 5-liyə yüksəlib.
 

Xəbər xətti