"Mançester Yunayted"in futbolçusunun ürəyində problem aşkarlandı

17:32 - 10 Oktyabr 2024

İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın sağ cinah müdafiəçisi Nussair Mazruinin ürəyində narahatlıq aşkarlanıb. Mərakeşli futbolçuya ürək aritmiya diaqnozu qoyulub.

Mazrui təxminən 3 həftə məşq prosesindən kənarda qalacaq. 26 yaşlı müdafiəçi bu müddətdə "Brentford", "Fənərbaxça", "Vest Hem" və "Lester Siti" ilə matçlarda forma geyinə bilməyəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Nussair Mazruini mövsümün əvvəlində "Bavariya"dan transfer edib. Mərakeş millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti