Azərbaycan milli komandasının müdafiəçisi Abbas Hüseynov Millətlər Liqasının Estoniya ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az 28 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:
Oyuna yaxşı hazırlaşmışıq. Komandada çox yaxşı ab-hava var. Sabah meydandan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. Qələbə qazanıb vətənə 3 xalla qayıdacağımıza inanıram.
- Ağır zədədən qayıtmısan. Özünü nə qədər hazır hiss edirsən?
- Çalışıram ki, optimal formama yaxın olum. Əvvəlkindən də daha yaxşı olmaq üçün əlimdən gələni edirəm. İnanıram ki, daha da yaxşı olacam.
Elçin Əlixan
saytlarin hazirlanmasi