İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, başa çatn ayın ən yaxşısı adına "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Gürcü vinger səsvermədə Qleyson Bremer (“Yuventus”), Santyaqo Kastro (“Bolonya”), Patrik Kutrone (“Komo”), Federiko Dimarko (“İnter”) və Kristian Pulişiçi (“Milan”) qabaqlayıb.
Qeyd edək ki, Xviça Kvartasxeliya sentyabr ayında İtaliya çempionatında meydana çıxdığı 3 oyunda 2 qol və 1 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi