Yığma komandamız Serbiyaya uduzdu

09:16 - 11 Oktyabr 2024

Minifutbol üzrə U-23 Azərbaycan millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında üçüncü yer uğrunda matça çıxıb.

Sportal.az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv Serbiya ilə üz-üzə gəlib.

Qarşılaşma serblərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz qrupda Hindistanı (16:0) məğlub edib, Çexiya (0:2) və Serbiyaya (1:5) uduzmuşdu.

Xəbər xətti