"Azərbaycan millisinə uğurlar arzulayıram. Məncə, Estoniya ilə eyni səviyyədə olan komandayıq. Futbolçularımız yaxşı oynamalıdır. Qrupda bundan əvvəl İsveç və Slovakiyaya qarşı oynamışdıq. Məncə, həmin görüşləri də pis oynamamışdıq. Sadəcə müdafiə xəttində daha az səhv buraxmalıyıq. O zaman hər şey daha yaxşı olacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Aleksandr Çertoqanov deyib. 44 yaşlı veteran futbolçu bu gün milli komandamızın Millətlər Liqasında Estoniyaya qarşı keçirəcəyi görüşdən gözləntilərini söyləyib:
"Futbolçularımız estoniyalılardan heç də geri qalmır. Yaxşı heyətimiz var. Emin Mahmudovun millidəki üstünlüyü? Onu milliyə dəvət ediblər. Bəlkə də millinin xeyrinə olacaq. Estoniya ilə görüşdə uğurlu nəticə olacağına inanıram. Ev oyunlarında xallar qazanmaq lazımdır. Səfər görüşlərində isə yaxşı oynamağa ehtiyac var. Məncə, nəticələr daha yaxşı olacaq".
Qeyd edək ki, hazırda Ukraynada yaşayan Çertoqanov Azərbaycan millisində 54 matçda meydana çıxıb.
Mirbağırağa
saytlarin hazirlanmasi