Estoniya millisinin üzvü İoan Yakovlev Millətlər Liqasının C1 qrupunun 3-cü turunun bu gün Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan yarımmüdafiəçi bu gün keçiriləcək görüş haqda bunları deyib:
"Azərbaycan - İsveç oyununa (1:3) baxmışam. Deyə bilmərəm ki, bu, bizim ikinci nömrə kimi oynamalı olduğumuz rəqibdir. Düşünürəm ki, onlarla bir nömrə oynamalı, topa nəzarət etməli və oyuna diqtə etməliyik".
Qeyd edək ki, Estoniya - Azərbaycan matçı bu gün keçiriləcək və oyuna 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi