Azərbaycan - Slovakiya matçı norveçlilərə həvalə edildi

12:37 - 11 Oktyabr 2024

Millətlər Liqasının C1 qrupunun IV turunun Azərbaycan və Slovakiya yığmaları arasında Bakıda keçiriləcək oyununun hakimləri müəyyənləşib.

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, görüşün baş hakimi Rohit Saqqi təyin edilib və ona laynsmenlər Martene Jensen, Anders-Olav Dahle kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Hakimlər briqadası Norveçi təmsil edir.

Azərbaycan - Slovakiya oyunu oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və oyuna saat 20:00-da start veriləcək. 
 

Xəbər xətti