İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu məlum olub.
Sportal.az xəbər verir ki, "Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Kol Palmer ötən ayın ən yaxşısı adına layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü sentyabr ayındaölkə çempionatında meydana çıxdığı 4 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, ayın məşqçisi isə "Çelsi"ni çalışdıran Enzo Mareska seçilib.
saytlarin hazirlanmasi