21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, millimiz Ballimena şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“The Showgrounds” stadionunda keçiriləcək görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
12 oktyabr
Şimali İrlandiya (U-21) - Azərbaycan (U-21) 5:0
Qol: Çarli Allen, 11 (pen), MakKiernan, 56, Kelli, 64, Devenni, 68, Rüstəm Samiqullin, 81 (avtoqol)
The Showgrounds stadionu. Saat 18:00
Baş hakim: Heini Ziskason Viðoy
Baş hakimin köməkçiləri: Dan Petur Pauli Højgaard, Jan Hermansen
Dördüncü hakim: Bjarki Danielsen
(Hakimlər briqadası Farer adalarındandır)