"Arsenal"ın futbolçusu millinin düşərgəsini tərk etdi

16:16 - 12 Oktyabr 2024

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Bukayo Saka sıradan çıxıb. 23 yaşlı vinger UEFA Millətlər Liqası 3-cü turunun Yunanıstanla matçında (1:2) zədələnib.

Saka millinin düşərgəsini tərk edərək klubu "Arsenal"a qayıdıb. O, Millətlər Liqasının sabah Finlandiya ilə keçiriləcək oyununda iştirak etməyəcək.

Futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu tibbi müayinədən sonra bəlli olacaq.

Xəbər xətti