Slovakiya millisi Millətlər Liqasının C1 qrupunun IV turunda Azərbaycanla Bakıda keçirəcəyi oyundan öncə üç itki yaşayıb.
Sportal.az xəbər verir ki, Slovakiya millisinin çalışdırıcısı Françesko Kaltsona İsveçlə matçda (2:2) zədələnən Adam Obert, eləcə də növbəti dəfə cəzalanan Denis Vavronun xidmətindən istifadə edə bilməyəcək.
Matuş Bero isə dünənki məşqdə zədələnib.
Azərbaycan - Slovakiya oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi