"Atletiko" və Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul İngiltərəyə yollanmağa hazırlaşır.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı "Mançester Yunayted"in maraq dairəsindədir.
Hazırda tərəflər arasında danışıqlar aparılır. "Qırmızı şeytanlar" Paul üçün 30 milyon avro ödəməyə hazırdır.
Rodriqonun "Atletiko" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
30 yaşlı futbolçu "Rasinq"(Argentina), "Valensiya", "Udineze"də də oynayıb.
saytlarin hazirlanmasi