Elvin Cəfərquliyev: "Slovakiya ilə matça qələbə üçün çıxacağıq"

16:36 - 13 Oktyabr 2024

"Slovakiya ilə matça çox ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Ümid edirəm ki, qələbə ilə ötən məğlubiyyətləri unutduracağıq. Matça qələbə üçün çıxacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Müdafiə xəttində vəziyyət necədir?

Özümü komanda yoldaşlarımdan fərqləndirməzdim. Öz işimi görürəm. Fərdi olaraq səhvlərimiz oldu. Bu gün Estoniya ilə oyuna baxmışıq. Bəzi səhvlərimiz var idi. Xüsusilə də müdafiədə. Sabah daha yaxşı çıxış etməyə çalışacağıq.

- Keçən il Estoniyanı udmuşduq, bu dəfə uduzduq. Bir ildə nə dəyişdi?

Dəyişikliklər barədə nəsə deyə bilmərəm. Bu dəfə də qalib gəlmək mümkün idi. Epizodlardan düzgün istifadə edə bilmədik. İlk yarıda bir xeyli qol epizodlarımız oldu. Qaçırdınsa, rəqib səni cəzalandıracaq.

- Millinin heyətində üzdə olan futbolçular oynayır. Fərd olaraq ən yaxşılardır. Niyə komanda şəklində alındıra bilmirsiz?

Çox yaxşı oyunçularımız var. Səbəbini sizə deyə bilmərəm, nə bilim... Ümid edirəm ki, komanda şəklində daha yaxşı çıxış edəcəyik.

- Karyeranın ən yaxşı dövrünü yaşayırsan. Fiziki və psixoloji cəhətdən özünü necə hiss edirsən? 

Təkcə bu il deyil ki, üç gündən bir oynayıram. Çoxdandır ki, bu sistemdə çıxış edirəm. Üç gündənbir oyundan özümün də xoşum gəlir. Tempi saxlayırsan, düşmürsən.

Mirbağırağa

Xəbər xətti