İngiltərə millisinin baş məşqçisi vəzifəsini icra edən Li Karsli Millətlər Liqasında Finlandiya üzərində qələbədən (3:1) danışıb.
Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, Karsli həm də baş məşqçi məsələsini şərh edib:
"Bundan çox həzz alıram. Son iki gündə çox da həzz almadım, çünki ağır iş idi. Sadəcə, uduzmağa öyrəşməmişəm. Məğlubiyyəti o qədər də yaxşı qəbul etmirəm. İngiltərə millisi titullar qazanmış, dünya səviyyəli məşqçiyə layiqdir. Mən də bu yolla irəliləyirəm".
Qeyd edək ki, İngiltərə millisi Millətlər Liqasında B2 qrupunda ikinci yerdədir. 50 yaşlı mütəxəssis futbolçu kimi İrlandiya millisinin üzvü olub. O, "Derbi", "Blekbern", "Koventri", "Everton", "Birmingem" komandalarında oynayıb.
saytlarin hazirlanmasi