Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turunun Estoniya ilə matçını bölgədə keçirəcək.
Sportal.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Azərbaycan - Estoniya matçı 16 noyabr tarixində saat 18:00-da start götürəcək.
Qeyd edək ki, noyabr ayında Bakıda COP29 samniti keçiriləcək. Buna görə də millinin oyunu Qəbələdə təşkil olunacaq.
saytlarin hazirlanmasi