"Epizodları dəyərləndirsəydik, Slovakiya kimi güclü rəqibi məğlub edəcəkdik"

16:18 - 15 Oktyabr 2024

"Milli Slovakiyaya qarşı pis futbol oynamadı. İlk hissədə, fasilədən sonra yaradılmış bir neçə qol epizodu var idi. Amma təəssüf ki, onları dəyərləndirə bilmədilər. Sonda da məğlubiyyət oldu. Məncə, həmin epizodlar qol olsaydı, milli evdə Slovakiya kimi güclü rəqibi məğlub edəcəkdi”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiç deyib.

Serbiya əsilli milliləşdirilmiş keçmiş futbolçumuz yığma komandamızın Millətlər Liqasının 4 oyunundakı uğursuz nəticələrini şərh edib:

"Fernandu Santuş haqda çox danışmağa ehtiyac yoxdur. O, Avropa çempionudur. Millimizdə də uğurlu nəticə göstərəcəyinə inanmaq olar. Azərbaycan millisində çox keyfiyyətli futbolçular var. Təbii ki, hər bir məşqçiyə zaman lazımdır. Ümidvaram ki, Santuş Azərbaycan millisinə uğurlu nəticələr qazanacaq. Sadəcə bir az səbir etmək lazımdır".

Mirbağırağa
 

Xəbər xətti