"Lazım olanları etmədik və Azərbaycan qol epizodları yaratmağı bacardı"

18:47 - 15 Oktyabr 2024

Slovakiya millisinin futbolçusu Ondrey Duda Millətlər Liqasının C3 qrupunun IV turunda Bakıda Azərbaycan yığması üzərində qazandıqları qələbəni (3:1) şərh edib.

Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan 29 yaşlı paytaxtımızdakı görüşlə bağlı bunları bildirib: 

"Çox çətin matç oldu. Şadam ki, millidə 80-ci oyunum qələbə ilə yekunlaşdı. İnanıram ki, qələbənin və oyunumun sayı daha da çox olacaq. Rəqibin bir neçə qol fürsəti oldu. Düşünürəm ki, hətta ikinci hissədə lazım olanı etmədik: təzyiq etmək alınmadı, passivlik göstərdik. Ona görə də Azərbaycan qol epizodları yaratmağı bacardı".
 

Xəbər xətti