"Latsio"nun prezidenti Klaudio Lotito onun komandasını deyil, sonda "Marsel"i seçən Meyson Qrinvudun uğursuz transferindən danışıb.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "qartallar"ın rəhbəri transferin baş tutmamasına görə üzülmədiklərini deyib:
"Heç bir peşmançılıq və üzgünlük yoxdur. Bizə muzdlular lazım deyil. Meyson “Marsel”də özünü yaxşı hiss edir, orada hər şeyi bəyənir. Meyson öz seçimini etdi, heç bir problem yoxdur. Burada yalnız komandamızı seçənləri görmək istəyirik".
23 yaşlı ingilis futbolçu bu yay “Mançester Yunayted”dən “Marsel”ə keçib. “Latsio” onu transfer etmək istəsə də, Fransa klubu ilə 5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi