İngiltərə millisi almaniyalı məşqçi ilə anlaşdı

09:34 - 16 Oktyabr 2024

İngiltərə milli komandasının yeni baş məşqçisinin adı bəlli olub.

Sportal.az xəbər verir ki, ingilislər Tomas Tuxellə anlaşıb. 

İngiltərə Futbol Assosiasiyasının rəsmiləri almaniyalı məşqçini razı salıb.

Qarşıdakı günlərdə bu təyinatın rəsmən açıqlanacağı gözlənilir.

51 yaşlı məşqçi karyerası ərzində "Maynts", "Borussiya"(Dortmund), PSJ, "Çelsi" və "Bavariya" klublarında işləyib.

Xəbər xətti