İngiltərənin "Mançester Yunayted"ın futbolçusu Manuel Uqarte sıradan çıxıb.
Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Uruqvay milli komandasının Ekvadorla keçirdiyi oyunda (0:0) ayağından zədələnib. Uqarte oyunu davam etdirə bilməyib və əvəzlənib.
Onun durumuna tibbi müayindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Mançester Yunayted" Manuel Uqarteni mövsümün əvvəlində PSJ-dən transfer edib. O, "qırmızı şeytanlar"ın heyətində 5 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi