İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Kobbi Meynu sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 9 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi