"Mançester Yunayted" baş məşqçi axtarışını davam etdirir.
Sportal.az "Ajansspor"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Türkiyə millisinin çalışdırıcısı Vinçentso Montella ilə maraqlanır.
İngiltərə klubunun rəsmiləri 50 yaşlı italiyalı üçün hərəkətə keçib. Erik ten Haqı göndərməyə hazırlaşan “Mançester Yunayted” rəhbərliyi Montellaya 3 illik müqavilə təklif edib.
Vinçentso bundan əvvəl “Milan”, “Sevilya”, “Fiorentina” və “Roma” klublarını çalışdırıb.