"Atalanta"nın yarımmüdafiəçisi Şarl de Ketelare "Arsenal"ın diqqətini çəkib.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, bu transferdə "topçular"ın baş məşqçisi Mikel Arteta şəxsən maraqlanır.
London təmsilçisi artıq hərəkətə keçib.
“Mançester Siti”, “Tottenhem”, “Nyukasl” və “Vest Hem” də futbolçu üçün mübarizə aparır.
23 yaşlı futbolçunun “Atalanta” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi