Azərbaycanın U-21 yığmasının baş məşqçi postunda dəyişiklik olacaq.
Sportal.az xəbər verir ki, yığmanın hazırkı baş məşqçisi Samir Əliyevlə müqavilə müddəti yenilənməyəcək.
Onun əvəzinə isə əsas namizəd Arif Əsədovdur. AFFA rəhbərliyinin əsas məqsədi aşağı yaş qruplarından ibarət yığmalarına xarici məşqçilərin dəvət olunmasıdır.
Buna baxmayaraq, U-21 yığması Əsədova tapşırıla bilər.
54 yaşlı mütəxəssis “Neftçi”, “Sabah” klublarını çalışdırıb, Azərbaycanın əsas millisində köməkçi məşqçi və baş məşqçi vəzifəsini icra edən məşqçi kimi işləyib.
saytlarin hazirlanmasi