"Yuventus"un direktoru Kriştiano Giuntoli yarımmüdafiəçi Pol Poqbanın Turin klubundan ayrılacağını təsdiqləyib.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, klub rəsmisi fransalının qışdan sonra komandada qalmayacağını bildirib:
"Poqba əla oyunçu idi, amma indi başqa planlarımız var. Biz müxtəlif oyunçulara sərmayə qoymuşuq və komandamız artıq tam hazırdır".
31 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.